Alp buzlağında sirli faciə: 64 yaşlı turist həyatını itirib
64 yaşlı Rusiya vətəndaşı Fransanın Alp dağlarında faciəvi şəkildə ölüb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝TASS˝-ın məlumatına görə, Fransa jandarmeriyası bildirib ki, qadın Tur buzlağında təkbaşına yürüşə çıxıb və hadisə nəticəsində həyatını itirib.
Məlumata görə, Rusiyanın Fransadakı səfirliyi mərhumun yaxınları ilə əlaqə saxlayır və meyitin Rusiyaya göndərilməsi də daxil olmaqla, bütün zəruri yardımı göstərir.
19:24 07.08.2026
Oxunuş sayı: 54