Çin Rusiya ilə yeni mərhələyə keçir: ŞDM-də tarixi addım
Çin avqust ayından etibarən Şimal Dəniz Marşrutu (ŞDM) ilə ilk həftəlik konteyner daşımaları marşrutunu işə salır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Rosatom"un baş direktoru Aleksey Lixaçov məlumat verib.
Onun sözlərinə görə, "Rosatom" artıq yeddi gəminin Şimal Dəniz Marşrutu ilə hərəkəti üçün icazə verib.
Lixaçov bildirib ki, Rusiya və Çin arasında razılaşdırılmış planlara əsasən, 2030-cu ilə qədər ŞDM üzrə yükdaşımaların həcminin 20 milyon tona çatdırılması nəzərdə tutulur. O, bunun iki ölkə arasında əməkdaşlığın yalnız başlanğıcı olduğunu vurğulayıb.
18:28 07.08.2026
Oxunuş sayı: 48