Sibiqa Aİ-yə Rusiyaya qarşı sanksiyalara görə təşəkkür etdi
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları alqışlayıb.
Crossmedia.az xəbər verir ki, Sibiqa bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, Rusiyanın mülki əhaliyə qarşı hər hücumu cavabsız qalmamalıdır.
O, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasa təşəkkür edib və Rusiyanın ballistik raket istehsalı üçün vacib komponentlərə çıxışının daha da məhdudlaşdırılmasına çağırıb.
17:01 07.08.2026
Oxunuş sayı: 46