Rusiya əsirlərdən briqada yaradır
Rusiya Müdafiə Nazirliyinin ukraynalı hərbi əsirlər və keçmiş Ukrayna Silahlı Qüvvələrinin hərbçilərindən ibarət xüsusi təyinatlı briqada yaratdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutu bu barədə məlumat yayıb.
Analitiklərin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi ilk dəfə "Ukrayna könüllü xüsusi təyinatlı briqadası"nın yaradıldığını açıqlayıb. Moskva iddia edir ki, briqada ukraynalı hərbi əsirlər və guya Rusiya tərəfinə keçən keçmiş Ukrayna hərbçilərindən formalaşdırılıb.
İnstitut vurğulayır ki, hərbi əsirlərin onları əsir götürən dövlətin tərəfində döyüşlərə cəlb edilməsi Cenevrə Konvensiyası ilə qadağan olunur və hərbi cinayət hesab edilir.
Analitiklərin qiymətləndirməsinə əsasən, Rusiya bu cür bölmələri ən azı 2022-ci ildən formalaşdırır, lakin ilk dəfə bu barədə açıq şəkildə məlumat verir.
11:24 07.08.2026
Oxunuş sayı: 60