Dəməşq yaxınlığında partlayış: ölənlər və yaralananlar var
Dəməşq yaxınlığında mikroavtobusda baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, "SANA" bu barədə məlumat yayıb.
Suriyanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, partlayış Dəməşq ətrafındakı Cərəmana rayonunda qeydə alınıb. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata əsasən, mikroavtobusa partlayıcı qurğu yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
11:08 07.08.2026
Oxunuş sayı: 52