Hamilə qadını yolda qoyan taksi sürücüsü cəzalandırıldı
Bakıda qadın sərnişinləri yarıyolda düşürərək onlarla kobud rəftar edən taksi sürücüsünün fəaliyyəti məhdudlaşdırılıb.
Crossmedia.az-a AYNA-dan verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılıb və sürücünün, eləcə də idarə etdiyi nəqliyyat vasitəsinin taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Qurum bildirib ki, taksi xidmətləri ilə bağlı daxil olan bütün şikayətlər araşdırılır və bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
10:05 07.08.2026
Oxunuş sayı: 60