Rusiyadan Qərbə mesaj: Təzyiqlər nəticə verməyəcək
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Rusiyaya və Qazaxıstana sanksiyalar vasitəsilə təzyiq göstərildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Qaluzinin sözlərinə görə, hər iki ölkəyə təzyiqlər olsa da, onlar əməkdaşlığı davam etdirirlər.
"Rusiyaya və Qazaxıstana sanksiyalarla təzyiq göstərirlər, amma biz yenə də işimizi görürük", – deyə nazir müavini qeyd edib.
09:24 07.08.2026
Oxunuş sayı: 54