Rusiya Xarkovda iki mühüm obyekti vurduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətinin Lozovaya şəhəri yaxınlığında Ukrayna hərbi daşımalarına zərbə endirildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri ərazidə yerləşən elektrik yarımstansiyasını və Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan lokomotivi vurub.
Bildirilib ki, zərbə Ukrayna ordusunun hərbi məqsədlər üçün istifadə etdiyi infrastruktura yönəlib.
19:08 06.08.2026
Oxunuş sayı: 48