Vens: Bu oyunun hələ ortasındayıq
İran rəhbərliyində həm münaqişənin başa çatmasını istəyənlər, həm də onun davam etdirilməsinin tərəfdarı olan radikal qüvvələr var.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə açıqlama verib.
Vens vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyinə əmindir.
“Əminəm ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək. Neftin qiyməti enəcək və aşağı səviyyədə qalacaq. ABŞ isə daha güclü mövqedə olacaq. Biz hələ bu oyunun ortasındayıq, lakin sonda nəticənin ABŞ-nin maraqlarına uyğun olacağına inanıram”, – deyə o bildirib.
17:25 06.08.2026
Oxunuş sayı: 58