"Qalatasaray" rusiyalı ulduzla anlaşdı
Moskvanın "Lokomotiv" klubunun futbolçusu Aleksey Batrakov karyerasını Türkiyədə davam etdirməyə razılıq verib.
Crossmedia.az xəbər verir ki, bu barədə jurnalist Erdem Açıkgöz sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, futbolçunun "Qalatasaray"a transferi demək olar ki, yekunlaşıb və yalnız son detalların razılaşdırılması qalıb.
21 yaşlı yarımmüdafiəçi "Lokomotiv"in akademiyasının yetirməsidir. O, ötən mövsüm Rusiya Premyer Liqasında 13 qol vuraraq bombardirlər siyahısında ilk üçlükdə yer alıb.
Batrakovun Moskva klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
10:10 06.08.2026
Oxunuş sayı: 44