Makron Rusiyaya təzyiqi artıracağını açıqladı
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Kiyevə gecə saatlarında həyata keçirdiyi hücumları pisləyərək, Moskvaya qarşı təzyiqin daha da gücləndiriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "AFP" bu barədə məlumat yayıb.
Makron bildirib ki, Ukraynanın paytaxtına edilən hücumlar qəbuledilməzdir və beynəlxalq ictimaiyyət buna qəti reaksiya verməlidir.
Fransa lideri Rusiyanın hərbi təcavüzünə qarşı təzyiqin artırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
17:11 05.08.2026
Oxunuş sayı: 53