Uğur gətirsin deyə saxlayırdı, amuleti təsadüfən uddu
Moskva vilayətində həkimlər yeniyetmənin təsadüfən udduğu Tay amuletini əməliyyatsız şəkildə mədəsindən çıxarıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, uğur və var-dövlət gətirdiyinə inanılan ruh fiquru şəklində olan amulet yeniyetmə tərəfindən təsadüfən udulub.
Valideynlər təcili tibbi yardım çağırıb. Həkimlər amuleti kəsik etmədən xüsusi üsulla çıxarmağa nail olublar. Bildirilir ki, yeniyetmənin vəziyyəti yaxşıdır.
16:21 05.08.2026
Oxunuş sayı: 52