Müqəddəs Məryəmin vəfatı günü nə vaxt qeyd olunur?
Pravoslav dünyasının ən mühüm dini bayramlarından biri hesab olunan Müqəddəs Məryəmin vəfatı günü hər il avqust ayında qeyd edilir. Bayram İsa Məsihin anası Məryəmin vəfatına həsr olunub və xristianlar bu gün dualar edirlər.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, əvvəllər Ukraynada Yuli təqviminə əsasən bu bayram avqustun 28-də qeyd olunurdu. Lakin 2023-cü ildən etibarən Pravoslav Kilsəsinin yeni Yuli təqviminə keçməsi ilə bayramın tarixi avqustun 15-nə dəyişdirilib.
Qeyd edək ki, Müqəddəs Məryəmin vəfatı günü pravoslav ənənəsində ilin 12 ən böyük dini bayramından biri hesab olunur. Bu günlə bağlı müxtəlif dini ayinlər, dualar və əsrlərdir formalaşmış adət-ənənələr mövcuddur.
03:30 06.08.2026
Oxunuş sayı: 51