Bakıda iki gün yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Dekabrın 27-si axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 29-u səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.
14:07 26.12.2024
Oxunuş sayı: 7561