Rusiya senatoru: Qərb Ukraynadan öz poliqonu kimi istifadə edir
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Qərbin Ukraynanı hərbi-siyasi poliqona çevirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “İzvestiya” bu barədə məlumat yayıb. Karasinin sözlərinə görə, Qərb ölkələri Ukraynadan müasir silahların sınaqdan keçirilməsi və siyasi məqsədlər üçün istifadə edir.
O bildirib ki, Ukrayna Qərb üçün “pulsuz hərbi-siyasi poliqon” rolunu oynayır və bu ölkədən yalnız silahların sınağı deyil, həm də siyasi təsir imkanlarının genişləndirilməsi məqsədilə istifadə olunur.
Xatırladaq ki, daha əvvəl Norveçin Cənub-Şərq Universitetinin professoru Qlenn Dizen də Qərbin Ukrayna siyasətinin əvvəlcədən Rusiya ilə hərbi qarşıdurmaya yönəldiyini iddia etmişdi.
18:37 04.08.2026
Oxunuş sayı: 58