Diaspor Gənclərinin VII Yay Düşərgəsində şahmat turniri
Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə şahmat turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, 24 nəfərin iştirak etdiyi turnir yüksək rəqabət və maraqlı mübarizə şəraitində baş tutub. Yarışın sonunda Niderlanddan olan iştirakçı Murad Abdulla qalib olub. Turnirdə fərqlənən iştirakçılar mükafatlandırılıblar.
Yarış gənclər arasında sağlam rəqabət mühitinin təşviqinə, analitik və strateji düşüncə bacarıqlarının inkişafına, eləcə də intellektual idmana marağın artırılmasına mühüm töhfə verib.
12:43 04.08.2026
Oxunuş sayı: 51