Beqlov: Sankt-Peterburqla Moskva arasında rəqabət barədə deyilənlər mifdir
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərlə Moskva arasında rəqabət barədə səsləndirilən fikirlərin əsassız olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Beqlov “TASS” agentliyinə müsahibəsində deyib ki, Sankt-Peterburq və Moskvanın bölüşəcəyi heç nə yoxdur.
“Alma ilə armudu müqayisə etmək olmaz: hansının daha yaxşı olduğunu demək mümkün deyil. Hər kəsin zövqü fərqlidir. Sankt-Peterburqla Moskva arasında rəqabət barədə bütün söhbətlər əsassız mifdir”, – deyə o bildirib.
“TASS” qeyd edib ki, müsahibənin tam mətni avqustun 3-də agentliyin rəsmi saytında dərc olunacaq.
14:26 02.08.2026
Oxunuş sayı: 62