Moskvada elit restoranda partlayış baş verdi
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən elit Balzi Rossi restoranında partlayış baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları cəlb olunub, əraziyə gedən yollar bağlanıb.
İlkin məlumata görə, partlayış restoranın mətbəxində qaz avadanlığının partlaması nəticəsində baş verib. Bildirilir ki, restoran həmin gün özəl tədbir üçün bağlanmışdı. Bəzi KİV-lər burada 50 nəfərlik toy mərasiminin, digərləri isə generalın ad günü tədbirinin keçirildiyini yazır. Hadisənin dəqiq səbəbi araşdırılır.
10:57 02.08.2026
Oxunuş sayı: 57