"Sabah" İngiltərə klubunun oyunçusunu transfer etdi
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Crossmediar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra klubun uğurları üçün çalışacaq. 20 yaşlı futbolçu İngiltərənin “Şeffild Yunayted” klubundan transfer edilib. Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, futbolçu karyerası ərzində Bolqarıstanın “Botev Plovdiv” (2024/25) və Türkiyənin “Serikspor” (2026) komandalarında çıxış edib.
22:45 01.08.2026
Oxunuş sayı: 45