Alimlər dəri rənginin formalaşmasının səbəbini açıqlayıblar
İnsanlarda dəri rənginin fərqli olması ultrabənövşəyi (UV) şüalanmaya uzunmüddətli təkamül uyğunlaşmasının nəticəsidir.
Crossmedia.az xəbər verir ki, alimlərin bildirdiyinə görə, ekvatora yaxın ərazilərdə yüksək UV şüalanması səbəbindən insanlarda DNT-ni günəşin zərərli təsirlərindən qoruyan melanin piqmenti daha çox inkişaf edib və bu da tünd dəri rənginin formalaşmasına səbəb olub.
Araşdırmaya əsasən, insanların daha az UV şüalanması olan bölgələrə köç etməsi ilə orqanizmdə D vitamininin sintezini təmin etmək üçün dəri tədricən açıq rəng alıb. Mütəxəssislər qeyd edirlər ki, müasir dövrdə insanların müxtəlif iqlim qurşaqlarına köç etməsi günəşdən qorunma vasitələrindən istifadəni və bəzi hallarda D vitamini əlavələrinin qəbulunu zəruri edə bilər.
08:33 01.08.2026
Oxunuş sayı: 64