Abşeron və Qızılağac milli parklarındakı əmlaklar qiymətləndiriləcək
Abşeron və Qızılağac milli parklarında yerləşən əmlakların qiymətləndirilməsi həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti hazırlıqlara başlayıb.
Məlumata görə, işləri "Vecon Consulting" MMC həyata keçirəcək.
Xatırladaq ki, Abşeron Milli Parkı, Abşeron yarımazasının cənub-şərq ucunda (Şah dili ərazisində) yerləşir. Əsas məqsədi Xəzər sahilinin unikallığını qorumaq, nadir flora və fauna növlərini (xüsusilə Ceyranlar, Xəzər suitiləri və müxtəlif su quşları) mühafizə etməkdir.
Qızılağac Milli Parkı isə Cənub-şərqi Şirvan düzündə, Qızılağac körfəzi sahilində (əsasən Lənkəran və Salyan rayonları ərazisində) yerləşir. Beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisidir (Ramsar Konvensiyasının siyahısına daxildir). Əsasən köçəri və su quşlarının qışlama, eləcə də balıq ehtiyatlarının artırılması məkan kimi tanınır.
15:13 30.07.2026
Oxunuş sayı: 31