Rusiyalı qadın erməniləri təhqir etdiyi üçün cinayət işi açılıb
Ermənistanda Rusiya vətəndaşı Nadejda Pirojkova barəsində sosial şəbəkələrdə erməniləri təhqir etdiyi video yayıldıqdan sonra cinayət işi açılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hadisə Vardavar bayramının qeyd olunması zamanı baş verib. Ənənəyə əsasən, bayram iştirakçıları bir-birinin üzərinə su tökür. Lakin bu, Pirojkovanın xoşuna gəlməyib. Paltarının islanmasından sonra o, video çəkərək erməniləri təhqir edib və onları donuz xalqı adlandırıb.
Qadın barəsində cinayət işi başlanıb. Onun ölkədən çıxışına qadağa qoyulub və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
19:55 29.07.2026
Oxunuş sayı: 39