Tramp: ABŞ İordaniyadakı hücuma sərt cavab verəcək
ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən ABŞ hərbçilərinə edilən hücuma cavab olaraq İrana güclü zərbələr endiriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton İordaniyada dislokasiya olunmuş amerikalı hərbçilərin raket atəşinə tutulmasına cavabsız qalmayacaq.
“Biz İordaniyada ABŞ hərbçilərinin atəşə tutulmasına cavab olaraq İrana güclü zərbələr endirəcəyik”, – deyə Tramp vurğulayıb.
16:47 29.07.2026
Oxunuş sayı: 48