Etirazçılar Vaşinqtonda Netanyahunun nahar etdiyi otelə daxil olublar
Vaşinqtonda etirazçılar İsrailin Baş naziri Binyamin Netanyahunun nahar etdiyi otelə daxil olublar.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları təhlükəsizlik tədbirlərini aşaraq otelin daxilinə keçiblər.
Etirazçılar “Bibi, Bibi, gizlənə bilməyəcəksən! Sən soyqırımı törədirsən!” şüarlarını səsləndiriblər.
Hadisə zamanı Netanyahunun təhlükəsizliyi ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.
14:26 29.07.2026
Oxunuş sayı: 42