Udmurtiyada yeni rəhbər təyin edildi
Rusiya Prezidenti Vladimir Putin Udmurtiya Respublikasının rəhbəri vəzifəsinə müvəqqəti icraçı təyin edib. Bu barədə müvafiq fərman imzalanıb.
Udmurtiyanın rəhbəri vəzifəsini müvəqqəti olaraq Olqa Abramova icra edəcək. O, 2024-cü ildə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbərinə müşavir təyin olunub. Bundan əvvəl isə Abramova Udmurtiya hökumətinin sədrinin səlahiyyətlərini icra edib.
Bundan əvvəl Rusiya Prezidenti Aleksandr Breçalovun öz xahişi ilə istefasını qəbul edib. Breçalov 2017-ci ildən Udmurtiya Respublikasına rəhbərlik edirdi.
14:04 29.07.2026
Oxunuş sayı: 49