İran ABŞ ilə dolayı danışıqları dayandırıb
İran İsrailin Livandakı hərbi əməliyyatlarını genişləndirməsindən sonra ABŞ ilə dolayı danışıqları dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran İsrail ordusunun İranın dəstəklədiyi “Hizbullah”a qarşı əməliyyatları dərinləşdirməsi fonunda Vaşinqtonla vasitəçilər üzərindən aparılan mesaj mübadiləsini dayandırmaq qərarına gəlib.
Bildirilir ki, bu addım üç aydır davam edən münaqişənin diplomatik yolla həlli istiqamətində göstərilən səyləri çətinləşdirə bilər.
“Tasnim”in yazdığına görə, İranın danışıqlar qrupu Livandakı hücumlarla bağlı ABŞ ilə dolayı təmasları müvəqqəti dayandırıb. Bu qərar İsrailin “Hizbullah”a qarşı əməliyyatlarının genişlənməsi fonunda qəbul edilib.
11:29 29.07.2026
Oxunuş sayı: 45