Peskovun həyat yoldaşı Aİ-ni məhkəməyə verdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, olimpiya çempionu Tatyana Navka Avropa İttifaqı Şurasına qarşı iddia qaldırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Navka ona qarşı tətbiq edilən sanksiyaların ləğvini və 2 milyon avrodan çox təzminat ödənilməsini tələb edir.
O, sanksiya siyahısına kifayət qədər hüquqi əsas olmadan daxil edildiyini, qərarda hüquqi və faktiki səhvlərə yol verildiyini iddia edir.
Navka maddi ziyana görə təxminən 135 min avro, nüfuzuna və digər qeyri-maddi zərərlərə görə isə 1,9 milyon avrodan çox təzminat tələb edir. O, həmçinin insan ləyaqəti, şəxsi və ailə həyatı, eləcə də övladlarının hüquqlarının pozulduğunu bildirir.
09:42 28.07.2026
Oxunuş sayı: 46