Rusiya MN: Bir gün ərzində 182 Ukrayna PUA-sı məhv edilib
Hava hücumundan müdafiə sistemləri sutka ərzində Rusiya əraziləri, eləcə də Qara və Azov dənizlərinin akvatoriyası üzərində 182 Ukrayna pilotsuz uçuş aparatını məhv edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumatına görə, PUA-ların zərərsizləşdirilməsi Rusiyanın müxtəlif bölgələri və dəniz istiqamətlərində həyata keçirilib.
Rusiya tərəfinin açıqladığı məlumatda hücumların nəticələri barədə əlavə detallar verilməyib.
22:20 27.07.2026
Oxunuş sayı: 39