Prezidentlikdən fotoqraflığa: Petr Pavel hamını təəccübləndirib
Çexiya Prezidenti Petr Pavel Budapeşt yaxınlığındakı Hungaroring avtodromunda gözlənilməz rolda görünüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dövlət başçısı Formula-1 yarışına VIP tribunadan deyil, mətbuat zonasından baxıb. O, adi idman fotoqrafı kimi rəsmi akkreditasiya alaraq jurnalistlərlə birlikdə fəaliyyət göstərib.
Peşəkar kameralar və obyektivlərlə təchiz olunan Pavel trekdəki kəskin döngələrdə digər media nümayəndələri ilə yanaşı maraqlı kadrlar çəkib.
Çexiya lideri üçün bu hobbi yeni deyil. Petr Pavel uzun müddətdir ekstremal idman növləri və reportaj çəkilişləri ilə maraqlanır.
Ötən il o, fotoqraf kimi mürəkkəb Dakar rallisini çəkib. Bu il isə Fransada keçirilən məşhur 24 saat Le-Man”dözümlülük yarışında və Çexiyanın Brno şəhərində motosiklet yarışlarında fotoqraf kimi iştirak edib.
22:04 27.07.2026
Oxunuş sayı: 46