Tramp: Sizin üçün valideynlərinizdən daha çox iş görmüşəm
ABŞ Prezidenti Donald Tramp tərəfdarlarına müraciəti zamanı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, insanlar üçün onların valideynlərindən belə daha çox iş görüb.
“Mən sizin üçün valideynlərinizdən daha çox iş görmüşəm, aydındır? Valideynləriniz yaxşı insanlardır. Mən onların haqqında pis danışmayacağam, amma mən sizin üçün onlardan daha yaxşı olmuşam” – deyə Tramp bildirib.
Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
23:53 27.07.2026
Oxunuş sayı: 37