Tramp: ABŞ olmasaydı, İsrail mövcud ola bilməzdi
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrailin mövcudluğu böyük ölçüdə Vaşinqtonun dəstəyindən asılıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, əgər ABŞ İranın nüvə obyektlərinə qarşı əməliyyat keçirməsəydi, İsrail bir neçə ay əvvəl məhv edilə bilərdi.
“Düzünü desəm, biz bir çox ölkələrə çox yaxşı münasibət göstəririk, onlar bizsiz mövcud ola bilməzdilər. Bilirsinizmi, kim bizsiz mövcud ola bilməzdi? İsrail. Benyamin tezliklə gələcək və bunu özü sizə deyəcək”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Vaşinqtonun müdaxiləsi olmasaydı və İranın nüvə obyektləri məhv edilməsəydi, İsrail üçün təhlükə daha əvvəl reallaşa bilərdi.
Tramp həmçinin keçmiş prezident Barak Obamanın dövründə imzalanmış İran nüvə sazişini tənqid edib və həmin razılaşmaya son qoyduğunu vurğulayıb.
23:17 27.07.2026
Oxunuş sayı: 47