Kadırov Çeçenistanda ərzaq qıtlığı iddialarını təkzib etdi
Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada ərzaq qıtlığı ilə bağlı yayılan iddiaları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kadırov "Telegram" kanalında bildirib.
O, qeyd edib ki, ərzaq qıtlığı gözləmək və ya bununla bağlı proqnoz vermək üçün heç bir əsas yoxdur.
Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, bu il taxıl bitkilərinin ümumi məhsulu 500 min tonu ötəcək.
10:06 28.07.2026
Oxunuş sayı: 42