Zaxarova narazı danışdı: Bu mövzular mənə ağır gəlir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəzi mövzuların onun emosiyalarını idarə etməsini çətinləşdirdiyini etiraf edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarova bildirib ki, xüsusilə uşaqlarla, Böyük Vətən müharibəsi və Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövzular ona təsir edir.
Diplomat göz yaşlarını saxlamaq üçün anasının tövsiyəsinə əməl etdiyini deyib. Onun sözlərinə görə, anası ona həkimlərdən nümunə götürməyi, lazımi anda özünü ələ alaraq görməli olduqları işi maksimum səviyyədə yerinə yetirməyi öyrənməyi məsləhət görüb.
22:52 27.07.2026
Oxunuş sayı: 39