ABŞ diplomatları BMT-də Fransa nümayəndəsinin çıxışı zamanı zalı tərk edib
ABŞ diplomatları Fransa nümayəndələrinin Vaşinqtonun insan hüquqları məsələsindəki mövqeyini tənqid etməsindən sonra BMT Təhlükəsizlik Şurasının iclasını tərk ediblər.
Crossmedia.az xəbər verir ki, "Associated Press" bu barədə məlumat yayıb.
Məlumata görə, insident Ukrayna ilə bağlı keçirilən iclas zamanı baş verib. ABŞ BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkün səlahiyyət müddətinin daha dörd il uzadılmasının əleyhinə çıxış etdikdən sonra Fransa Vaşinqtonu sərt tənqid edib.
Səsvermədə 144 ölkə Folker Türkün yenidən təyin olunmasını dəstəkləyib, 10 ölkə, o cümlədən ABŞ bunun əleyhinə səs verib.
10:14 28.07.2026
Oxunuş sayı: 47