Tramp: Bayden kommunist deyildi, çünki bunun nə olduğunu anlamırdı
ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin administrasiyasını kommunist adlandırsa da, Baydenin özünün kommunist olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Miçiqanda seçicilərlə görüşdə çıxış edən Tramp deyib:
"Yuxulu Co Bayden və onun dəli administrasiyası əvvəldən kommunist idi. Düzdür, Baydenin özü kommunist deyildi, çünki ümumiyyətlə nə baş verdiyini anlamırdı. Ona deyirdilər: "Co, kommunist ol!", o isə "Kommunist nədir ki?" deyə soruşurdu."
Tramp əlavə edib ki, Bayden administrasiyası heç olmasa özünü kommunist hesab etmirdi, lakin hazırda Demokratlar Partiyasında həqiqi kommunistlərin olduğunu iddia edib.
"Yadda saxlayın, əgər kommunist olsanız, bunun sonu yaxşı olmayacaq", – deyə Tramp vurğulayıb.
09:17 28.07.2026
Oxunuş sayı: 47