Putin ordunun sayını artırdı – yeni fərman imzalandı
Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat sayının artırılması ilə bağlı fərman imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fərmana əsasən, avqustun 1-dən etibarən Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 426 min nəfərə çatdırılacaq.
Sənədə görə, hərbi qulluqçuların sayı 25 min nəfər artırılaraq 1 milyon 535 min nəfərə yüksəldiləcək.
19:27 27.07.2026
Oxunuş sayı: 59