Sibiqadan İrana sərt cavab: Özünü qurban kimi göstərə bilməzsən
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranla bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Tehran Rusiyanın Ukraynaya qarşı təcavüzünün iştirakçısı olduğu üçün özünü qurban kimi təqdim edə bilməz.
Sibiqanın sözlərinə görə, İranın Ukraynaya qarşı ittihamlar irəli sürməyə və BMT Nizamnaməsinə istinad edərək təhdidlərini əsaslandırmağa haqqı yoxdur.
Diplomat bu açıqlamanı İranın Xəzər dənizində İran gəmisinə edilən hücumla bağlı Ukraynanı ittiham etməsinə cavab olaraq verib.
“İran qurban kimi görünmək hüququna malik deyil, xüsusilə də BMT Nizamnaməsinə absurd istinadlarla öz təhdidlərinə bəraət qazandırmağa çalışmamalıdır”, – Sibiqa bildirib.
Naziri həmçinin qeyd edib ki, Tehran Rusiya ilə əməkdaşlığına görə bölgədəki vəziyyətə görə məsuliyyət daşıyır.
19:56 27.07.2026
Oxunuş sayı: 55