Səudiyyə Ərəbistanı: Neft obyektlərinə hücum edən PUA-lar məhv edilib
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin son saatlarda neft obyektlərini hədəf alan bir neçə pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki bildirib ki, pilotsuz uçuş aparatları İraq ərazisindən İranın dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən buraxılıb.
Onun sözlərinə görə, krallıq bu hücumlara "özünün seçəcəyi vaxtda və seçəcəyi məkanda" cavab vermək hüququnu özündə saxlayır.
17:29 27.07.2026
Oxunuş sayı: 47