Güzəşt olmamalıdır – Kiyevdən müharibənin sonu ilə bağlı sərt mesaj
Ukrayna 1991-ci il sərhədlərini bərpa etməyənə qədər müharibənin başa çatması mümkün deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Fire Point şirkətinin rəhbəri Denis Ştilerman hesab edir ki, Kiyev Ukrayna ərazilərinin işğalı ilə bağlı heç bir güzəştli razılaşmanı qəbul etməməlidir.
Ştilerman bildirib ki, Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin olunması üçün ya Rusiya imperiyasının dağılması, ya da Rusiya ərazisində 500 kilometrlik demilitarizasiya zonasının yaradılması zəruridir.
Onun fikrincə, əks halda Ukrayna daim aqressiv qonşu ilə yanaşı yaşamağa və yeni təhlükələrin qarşısını almaq üçün böyük resurslar sərf etməyə məcbur olacaq.
20:44 27.07.2026
Oxunuş sayı: 48