Argentina prezidenti Braziliya liderini təhqir edib
Argentina Prezidenti Xavyer Miley Braziliyaya səfəri zamanı ölkə lideri Luis İnasio Lula da Silvanı sərt şəkildə tənqid edib və qarşıdakı prezident seçkilərində müxalifət namizədi, keçmiş ölkə rəhbəri Jair Bolsonaronun oğlu Flavio Bolsonaroya dəstək verib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝El Pais˝ məlumat yayıb.
Miley San-Paulu şəhərində Liberal Partiyanın qurultayında çıxışı zamanı Lula da Silvanı lənətlənmiş solçular sırasına aid edib, onu cinayətkar adlandırıb.
Argentina lideri Braziliya hökumətini isə sosialist zibil kimi xarakterizə edərək, Lula da Silvanın həm Braziliyada, həm də bütün Latın Amerikasında məğlub edilməli olduğunu bildirib.
Mileyin açıqlamaları iki ölkə arasında diplomatik gərginliyin artmasına səbəb ola biləcək addım kimi qiymətləndirilir.
20:04 27.07.2026
Oxunuş sayı: 48