Ben-Qvir: HƏMAS məhv edilməlidir
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, HƏMAS tamamilə məhv edilməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ben-Qvir deyib ki, onu Qəzza zolağındakı hazırkı vəziyyət qane etmir və HƏMAS darmadağın edilməlidir.
Nazir həmçinin qeyd edib ki, İsrail anklav ərazisinin 63 faizinə nəzarət edir və Yaxın Şərqdə "böyük uğurlar əldə edib".
17:31 27.07.2026
Oxunuş sayı: 48