Avropa komissarı: Rusiya Avropa və NATO üçün əsas uzunmüddətli təhdiddir
Rusiya Avropa və NATO üçün uzunmüddətli əsas təhlükə olaraq qalır.
Crossmedia.az xəbər verir ki, bunu Avropa Komissarı Andryus Kubilyus bildirib.
Onun sözlərinə görə, Avropa müdafiə imkanlarını gücləndirməli, "NATO 3.0" formatına keçməli və öz təhlükəsizliyinə görə əsas məsuliyyəti üzərinə götürməlidir.
Kubilyus qeyd edib ki, Avropa təhlükəsizlik sahəsində daha müstəqil və hazırlıqlı olmalıdır.
13:39 27.07.2026
Oxunuş sayı: 57