Belqorod və Zaporojyedə hücumlar: ölən və yaralananlar var
Ukraynanın Belqoroda, Rusiyanın isə Zaporojyeyə endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar olub.
Crossmedia.az xəbər verir ki, yayılan məlumatlara görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Belqorod şəhərinin yaşayış məntəqələrinə kütləvi hücum edib.
Nəticədə 12 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
Eyni zamanda, Rusiyaya məxsus pilotsuz uçuş aparatı Zaporojyedə çoxmərtəbəli yaşayış binasındakı mənzilə zərbə endirib. Hadisə nəticəsində 53 yaşlı qadın və 52 yaşlı kişi yaralanıb.
Bundan başqa, Rusiya aviasiyasının endirdiyi bombalı zərbə nəticəsində Zaporojyedə 67 yaşlı kişi həlak olub, şəhərdə yerləşən fərdi yaşayış evlərindən biri isə dağılıb.
10:54 27.07.2026
Oxunuş sayı: 58