Qəzzada İsrailin zərbələri: HƏMAS üzvlərinin öldürüldüyü bildirilir
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərinin şimalına endirdiyi zərbələr nəticəsində HƏMAS hərəkatının iki üzvünün öldürüldüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Times of Israel" bu barədə Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatlarının həyata keçirdiyi hücumlar zamanı iki nəqliyyat vasitəsi hədəfə alınıb. Əs-Səftavi rayonunda Əbu Şarx meydanı yaxınlığında avtomobilə endirilən zərbə nəticəsində bir nəfər ölüb.
Şeyx Radvan məhəlləsində isə elektrik velosipedi ilə hərəkət edən şəxs PUA zərbəsi nəticəsində həlak olub.
Fələstin mənbələri ölən şəxslərin HƏMAS üzvləri olduğunu bildirir. İsrail ordusu isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
16:53 25.07.2026
Oxunuş sayı: 49