Feridun Həmdullahpur Kanada Azərbaycan Evində olub
Kanada Kral Cəmiyyətinin və Kanada Mühəndislik Akademiyasının üzvü, "Kanada" ordeni laureatı professor Feridun Həmdullahpur Kanada Azərbaycan Evini ziyarət edib.
Crossmedia.az xəbər verir ki, görüşdə Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qurumun fəaliyyəti, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və multikultural dəyərlərin təşviqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
Professor Feridun Həmdullahpur Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirərək, diasporun milli-mədəni irsin qorunması və Kanada ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində gördüyü işləri təqdir edib. Görüşdə Toronto Universitetinin tələbələri və professor Yulduz Rəhimov da iştirak ediblər.
23:37 23.07.2026
Oxunuş sayı: 27