Vensin gizli məlumatları mediaya sızdı - cəsus iddiası
ABŞ Məxfi Xidmətinin vitse-prezident Cey Di Vensin mühafizə qrupuna daxil olan əməkdaşı məlumat sızdırmaqda şübhəli bilinir.
Crossmedia.az xəbər verir ki, ˝CNN˝-in məlumatına görə, əməkdaş Vensin səfərləri ilə bağlı xəbərin hazırlanması üçün məlumat ötürməkdə ittiham olunur və hazırda daxili araşdırmaya cəlb edilib.
Bildirilib ki, həmin əməkdaş artıq inzibati məzuniyyətə göndərilib.
Məlumata görə, araşdırmanı ABŞ Məxfi Xidmətinin daxili təhqiqat bölməsi aparır. Hazırda əməkdaş barəsində hər hansı inzibati tədbirin görüləcəyi və ya cinayət ittihamının irəli sürüləcəyi məlum deyil.
İddialara əsasən, əməkdaş ˝MS NOW˝ nəşrində yayımlanan materialın mənbəyi olmaqda şübhəli bilinir. Həmin materialda Vensin mühafizə qrupundakı bəzi agentlərin vitse-prezidentin şəxsi səfərləri ilə bağlı sıx qrafikdən narazı olduğu qeyd olunurdu.
Məqalədə, həmçinin Vensin planlaşdırılan səfərləri, o cümlədən oğlu ilə ABŞ Dəniz Piyadaları Korpusuna məxsus helikopterlə qolf dərsinə uçuşu barədə məlumatlar yer alıb.
19:46 23.07.2026
Oxunuş sayı: 31