Ukrayna limanlarına gəmi axını artıq kəsilib
Rusiyanın endirdiyi zərbələr fonunda gəmilərin Ukrayna limanlarına girişi dayandırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət naziri Taras Vısotski bildirib.
Nazirin sözlərinə görə, hələ dünən limanlara gündə 4–5 gəmi daxil olurdu və hərəkət davam edirdi. Lakin hazırda gəmilərin limanlara girişi müvəqqəti olaraq dayanıb.
Bununla belə, Vısotski vəziyyətin hələlik dəniz ixracının tam blokadası kimi qiymətləndirilməsi üçün tez olduğunu vurğulayıb.
18:46 23.07.2026
Oxunuş sayı: 52