"İrana müharibəyə yox!" – Senatda Pentaqon rəhbərinə etiraz
ABŞ müdafiə naziri Pit Hegsetin Senat komitəsindəki çıxışı anti-müharibə fəalları tərəfindən yarımçıq dayandırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Vaşinqtonda Hegsetin qanunvericilərdən İranla bağlı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün əlavə milyardlarla dollar ayrılmasını istədiyi vaxt baş verib.
Etirazçılar "İrana müharibəyə yox" yazılmış plakatlar qaldıraraq yüksək səslə "İran və Fələstində uşaqlarımızı bombalamağı dayandırın! Bu, qanunsuzdur!" şüarlarını səsləndiriblər.
Aksiya iştirakçılarından biri isə ABŞ Prezidenti Donald Trampın administrasiyasına və müdafiə nazirinə müraciətlə "Əlləriniz qana batıb!" deyə qışqıraraq mülki əhali arasında minlərlə insanın həlak olduğunu xatırladıb.
Hadisədən sonra təhlükəsizlik əməkdaşları etirazçıları zaldan çıxarıblar, dinləmələr isə qısa fasilədən sonra davam etdirilib.
17:58 23.07.2026
Oxunuş sayı: 58