Rusiyalı məktəblilər geosiyasi yaxınlaşma fonunda Şimali Koreyada düşərgəyə göndərildi
Şimali Koreyanın "Sondovon" uşaq düşərgəsinə istirahət məqsədilə Rusiyadan 400 məktəbli göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, məktəblilər üçün hazırlanan ekskursiya proqramına Pxenyan və Vonsan şəhərlərində yerləşən ideoloji obyektlər, həmçinin Şimali Koreyanın qurucusu Kim İr Sen və keçmiş lider Kim Çen İrin abidələrinin ziyarəti daxildir.
Bildirilib ki, proqram çərçivəsində iştirakçılar ölkənin tarixi və ideoloji irsi ilə tanış olacaqlar.
Bu səfər son illər Moskva ilə Pxenyan arasında siyasi və humanitar əməkdaşlığın genişlənməsi fonunda həyata keçirilir.
17:52 23.07.2026
Oxunuş sayı: 53