Zelenski: Qarşıdakı qış üçün iki ssenari var
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, qarşıdakı qışda ölkə üçün iki mümkün ssenari mövcuddur: ya Rusiya ilə münaqişənin başa çatması, ya da müharibənin davam edərək daha da genişlənməsi.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə məlumat yayıb.
Zelenski İrlandiyanın Baş naziri Mihol Martin ilə keçirdiyi birgə mətbuat konfransında əsas prioritetinin Rusiya ilə danışıqlar masasına oturaraq müharibəni bitirmək olduğunu deyib.
Onun sözlərinə görə, alternativ variant isə müharibənin davam etməsidir və Ukrayna kiminlə qarşı-qarşıya olduğunu yaxşı anlayır.
Ukrayna Prezidenti eyni zamanda ölkənin qış mövsümünə hazırlıq səviyyəsindən tam narazı olduğunu vurğulayıb.
Zelenski əlavə edib ki, ABŞ Ukrayna münaqişəsinin başa çatdırılması ilə bağlı bir neçə plan hazırlayıb və həmin planların yaxın vaxtlarda müzakirə mövzusu ola biləcəyini bildirib.
17:34 23.07.2026
Oxunuş sayı: 53